Parçalanmış halda tapılan cəsədlərlə bağlı QANDONDURAN TƏFƏRRÜAT

1-12-2023, 12:54           
Parçalanmış halda tapılan cəsədlərlə bağlı QANDONDURAN TƏFƏRRÜAT
Sakaryanın Sapanca bölgəsində dəhşətli qətl hadisəsinin üstü açılıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, iranlı ev alqı-satqısl ilə məşğul olan Mohammad Hossein Zamani Alavijeh və həyat yoldaşı Asieh Shariatpouru öldürmək, parçalamaq və basdırmaq ittihamı ilə saxlanılan Abbasəli Mohebbi "qəsdən adam öldürmə" ittihamı ilə 50 il həbs cəzasına məhkum edilib.

Qətlin təfərrüatları qandondurub.

Məlumatda bildirilir ki, 2021-ci il iyulun 1-də Sapanca bölgəsində baş verən qətlin təfərrüatları məlum olub. Sahibsiz itin ağzında insan üzvü olduğunu görənlər polisə xəbər veriblər. Polis itin gəldiyi ərazidə araşdırma aparıb. Çöldə basdırılmış zibil torbalarında cəsəd hissələri tapılıb, bəziləri heyvanlar tərəfindən səthə çıxarılıb.

Ekspertizaya aparılan insan qalıqlarının birinin qadın, digəri kişi olduğu məlum olub.

Cəsədlər 13 hissəyə bölünüb. Ərazidə axtarış zamanı cəsədlərin başları tapılmayıb.

Sakarya Təhlükəsizlik Müdirliyi Cinayət Büro Komandirliyi qrupları, cəsədlərin təsbit edilməsi üçün araşdırma başladıb.

Müayinə zamanı meyiti tapılan qadında döş silikonlarının, kişinin isə əjdaha döyməsinin olduğu müəyyən edilib. Bu ipuçları əsasında qruplar döş silikonlarının İran mənşəli olduğunu müəyyən ediblər. Cəsədləri tapılan şəxslərin iranlı daşınmaz əmlak agenti Mohammad Hossein Zamani Alavijeh və həyat yoldaşı Asieh Shariatpour olduğu müəyyən edilib.

İstintaqı dərinləşdirən qruplar, iranlı cütlüyün 2021-ci ilin mayında İstanbulda öldürüldüyünü və Sapancada dəfn edildiyini, orada çamadanlara sığdırmaq üçün parça-parça gətirildiyini müəyyən edib. Məlum olub ki, iranlı cütlük mübahisə zəminində aralarında ədavət yaranan, eyni ölkənin vətəndaşı Abbasəli Mohebbi tərəfindən öldürülüb. Mohebbi nəzarətə alınaraq həbsxanaya göndərilib. Mohebbiyə qarşı ağırlaşdırılmış ömürlük həbs tələbi ilə 28 səhifəlik ittihamnamə hazırlanıb. Sakarya 6-cı Ağır Cəza Məhkəməsində iddianamə qəbul edilib və məhkəmə prosesi başlayıb.

O, İTTİHDAMLARI RƏDD ETDİ

Əvvəlki dinləmələrdə Abbasəli Mohebbi iranlı cütlüklə ortaq iş görmək üçün İstanbula gəldiyini, Alavajiehdən xəbərsiz layihə hesabından pul qaçırdığını və bu səbəbdən düşmənçilik etdiklərini desə də, qətli törətmədiyini bildirib və ittihamları rədd edibmiş.

50 İL HƏBS!

Sakarya 6-cı Ağır Cəza Məhkəməsində keçirilən hökmdə məhbus şübhəli Mohebbi hakim qarşısına çıxıb.Tərəflərin vəkillərinin də iştirak etdiyi iclasda mərhum cütlüyün vəkili təqsirləndirilən şəxsin maksimum həddə cəzalandırılmasını istəyib. Mohebbinin vəkili iddialarla bağlı kifayət qədər dəlil olmadığını bildirib və müvəkkilinin bəraət qazanmasını istəyib. Son sözləri soruşulan Mohebbi "Qurbanları mən öldürməmişəm" deyib.
Məhkəmə təqsirləndirilən şəxsin hər bir qurban üçün "qəsdən adam öldürmə" maddəsi ilə 25 il olmaqla ümumilikdə 50 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.