Generallar niyə istefa verdi? - 2 iddia

28-07-2016, 16:54           

Quru Qoşunları Komandanlığının qərargah rəisi, ordu generalı İhsan Uyar və Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının (EDOK) komandanı Kamil Başoğlunun istefaları ilə bağlı iki iddia irəli sürülüb.

Axar.az xəbər verir ki, birinci iddiaya görə, prezident, baş nazir və Baş Qərargah rəisi dünən baş tutan görüşdə hər iki generalın yerinə başqa şəxslərin gətirilməsi üçün razılaşıb. Bundan sonra generallardan istefa vermələri tələb olunub.

İkinci iddiaya görə isə generallar hərbi çevrilişə cəhd zamanı yetərincə tədbir görmədikləri üçün ölkə ictimaiyyəti “komandanlar istefa versin” çağırışı ilə çıxış edib və hökumət xalqın istəyini nəzərə alaraq onları istefaya göndərib.

Qeyd edək ki, hər iki general bu gün Çankaya köşkündə Türkiyənin Baş naziri Binəli Yıldırımın rəhbərliyi ilə keçirilən Ali Hərbi Şuranın (YAŞ) toplantısında iştirak edəcəkdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru