Dövlət Baxçalıya nə olub? - Üz göyərib, qolu boynundan asılıb / FOTO

1-04-2024, 09:24           
Dövlət Baxçalıya nə olub? - Üz göyərib, qolu boynundan asılıb / FOTO
Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada səs verib.

TEREF publika.az-a istinadən xəbər verir ki, partiya sədrinin üzündəki göyərmələr mətbuatın diqqətindən yayınmayıb.

Məlum olub ki, MHP lideri bir neçə gün öncə evində yıxılıb və üzündəki göyərmələr də həmin an yaranıb.

Xatırladaq ki, MHP-nin 14-cü Böyük Qurultayında səhnəyə çıxanda da D.Baxçalı çiyin qayışı taxıb.

"Qurultaydan əvvəl hörmətli sədrimiz Dövlət Baxçalı çiynindən zədə almışdı. O, çiyninin burulması nəticəsində qolunu zədələyib. Ona səbr diləyirik. Allah bizi qorusun", - MHP-nin sosial media hesabında edilən paylaşımda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru