Türkiyənin bu şəhərində komendant saatı elan edildi

3-04-2024, 10:31           
Türkiyənin bu şəhərində komendant saatı elan edildi
Türkiyənin Van və Bitlis şəhərlərində aprelin 3-dən aprelin 17-dək nümayişlərin açıq toplantıların keçirilməsinə qadağa qoyulub.

TEREF Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmçinin, Siirt vilayətinin Pervari şəhərində komendant saatı elan edilib.

Bu barədə Siirt Qubernatorluğu məlumat yayıb. Açıqlamada,”Pervari mahalı mərkəzi və bütün kəndlərində; 3 aprel 2024-cü il saat 01:00-dan etibarən növbəti bildirişə qədər komendant saatı elan edilmişdir. Vətəndaşlarımızın sözügedən qadağaya əməl etmələri öz həyatları və əmlak təhlükəsizliyi üçün vacibdir”, – qeyd olunub.

Xatırladaq ki, qadağaların tətbiqinə bu gecədən etibarən bir qrup şəxsin Türkiyənin müxtəlif şəhərlərində aksiyalar keçirməsi səbəb olub./unikal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru