“Guya avtomobillərim həyat yoldaşımın adınadır" - QALMAQAL

8-04-2024, 10:41           
“Guya avtomobillərim həyat yoldaşımın adınadır" - QALMAQAL
Səhiyyə naziri Alımkadır Beyşenaliyev onu korrupsiyada ittiham edən və satqın adlandıran Joqorku Keneşin deputatı Jusupbek Korgonbayuluya cavab verib.

KONKRET.az həmin cavabı təqdim edir:

“Sosial şəbəkələrdə müzakirə edirlər ki, mənim çoxlu avtomobilim var və əksəriyyəti həyat yoldaşım Gulnara Kulmatovanın adınadır. Amma Gulnara Renatovna mənim həyat yoldaşım deyil. Sonra iddia ediblər ki, qayınatam rəhmətlik Renat Kulmatovdur. Bu da yalandır. Həyat yoldaşım Kulmatova Zamira Marlenovnadır. O, 2002-ci il istehsalı olan Lexus RX 300 sürür. Dövlət nömrəsi 01KG 537 AAY. Qızım Beyşenaliyeva Saltanat Alımkadyrovnadır. Onun isə 2008-ci il buraxılışlı “Honda accord” markalı var, dövlət nömrə nişanı isə, 01 KG 906 ANL-dir. Xalqın nümayəndəsinin yalan məlumat yaymaqda davam etməsi çox pisdir. Ona güvənməyin.

Həyat yoldaşım Zamira Marlenovnaya gəlincə, onun xərçəng xəstəliyinə tutulmasından iki il keçib, doqquz ay Türkiyədə müalicə olunub. Hazırda Rusiyada kimya terapiya müalicəsi alır. İnternetdə yayılan yalan məlumatlar xəstə olan insana son dərəcə mənfi təsir göstərir. Yoxlanılmamış məlumatla böhtan atanları şayiələr yayarkən ehtiyatlı olmağa çağırıram”, – deyə Səhiyyə naziri bildirib.

Qeyd edək ki, deputat Jusupbek Korqonbayuulu parlamentin iclasında səhiyyə nazirini mütəşəkkil cinayətkar qruplarla əlaqədə və korrupsiyada ittiham edib. O, Səhiyyə Nazirliyinin rəhbəri ilə bağlı faktları sadalayıb.

Joqorku Keneşdə Səhiyyə Nazirliyinin fəaliyyətini öyrənmək üçün deputat komissiyası yaradılıb.

Xatırladaq ki, martın 14-də Joqorku Keneşin iclasında deputat Jusupbek Korqonbayuulu Səhiyyə Nazirliyinin rəhbərini “qara cərrah” adlandırıb.

Deputat onu da deyib ki, səhiyyə naziri gələndən xəstəxanalarda ölüm halları artıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.