Ərdoğanın İraqa səfəri zamanı 20-a yaxın müqavilə imzalanacaq

21-04-2024, 18:31           
Ərdoğanın İraqa səfəri zamanı 20-a yaxın müqavilə imzalanacaq
"Prezidentimizin İraqa səfəri zamanı 20-dən çox müqavilənin imzalanması üçün ilkin razılaşmalar tamamlanıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin arici işlər naziri Hakan Fidan bildirib.

"İş uzun müddətdir ki, davam edir. Təhlükəsizlik, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil və digər sahələrdə çoxlu araşdırmalar aparılır.

Prezidentimizin İraqa səfəri zamanı 20-dən çox sazişin imzalanması üçün ilkin razılaşmalar tamamlandı. İnşallah sabah onlar orada olanda siyasi liderlərin iştirakı ilə bu müqavilələr imzalanacaq.

Səfər iki istiqamətli olacaq. Bağdad və Ərbil səfərləri var. Bağdadda prezidentimiz hökumət başçısı ilə görüşəcək, işgüzar görüş keçirəcək, sonra sazişlər imzalanacaq. O, İraq prezidenti ilə də görüşəcək", - Fidan əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru