Antalyada iki min illik Roma dövrünə aid Zevs və Afrodita heykəli tapılıb

28-05-2024, 17:58           
Antalyada iki min illik Roma dövrünə aid Zevs və Afrodita heykəli tapılıb
Antalyanın Aspendos qədim şəhərində aparılan qazıntı işləri zamanı Roma İmperiyası dövrünə aid iki min illik Zevs və Afrodita heykəlləri tapılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə qazıntı işləri "Gələcəyə Miras" layihəsi çərçivəsində aparılıb.

"Zevs və Afroditanın iki min illik heyranedici zərif təsvirləri İki Mərtəbəli Mağazalar - Stoa Kompleksində aparılan qazıntı işləri zamanı üzə çıxarıldı. Əsərlərin, tikililərin ölkəmizin mədəniyyət və turizm həyatına xeyirli olmasını diləyirəm", - deyə nazir əlavə edib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru