Antalyaya hava yolu ilə gələn turistlərin sayı 10 milyon 600 mini keçib
20-08-2024, 09:34
Dənizi, qumu, günəşi, tarixi və turistik quruluşları ilə seçilən Antalya şəhəri müxtəlif ölkələrdən gələn qonaqlar tərəfindən tətil üçün üstünlük təşkil edir.
İndex.az xəbər verir ki, 1 yanvar – 18 avqust tarixləri arasında Antalyaya hava yolu ilə gələn turistlərin sayı 10 milyon 600 min olub.
Ən çox turist göndərən ölkələr Rusiya, Almaniya və İngiltərə olub.