MİT-dən İraqda əməliyyat: PKK-nın qadın liderləri məhv edildi

20-08-2024, 17:38           
MİT-dən İraqda əməliyyat: PKK-nın qadın liderləri məhv edildi
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.

AzFakt.com xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan Zilan Azak öldürülüb.

Onun kod adının "Sema Cuya Çevlik" olduğu bildirilir.

Məlumata görə, adıçəkilən terrorçu təşkilatın dron hücumlarında iştirak edib. Onun yerini MİT-in agentləri müəyyənləşdirib.

Zilan Azak 2015-ci ildə terrorçuların sıralarına qoşulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru