Platonik eşqinə qovuşa bilməyən adanalı qadın bəysiz toy etdi VİDEO

Bu gün, 17:08           
Platonik eşqinə qovuşa bilməyən adanalı qadın bəysiz toy etdi  VİDEO
Platonik eşqinə qovuşa bilməyən türkiyəli Sümbül Topbaş bəysiz toy edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə IHA xəbər yayıb.

Bildirilir ki, Topbaş gəncliyində platonik sevdiyi Cabbar Gani ilə ailə qura bilməyib, bundan sonra heç kimlə evlənmək istəməyib. Artıq 83 yaşı olan qadın son bir neçə ildir ki, Qocalar evinin sakinidir. O burada işçilərə "ən böyük arzum gəlinlik geyinməkdir" deyirmiş. Qocalar evinin rəhbərliyi də bu barədə Adana Ailə və Sosial Xidmətlər İdarəsinə məlumat verib. İdarə dərhal xeyriyyəçilərin köməyi ilə Sümbül xanıma gəlinlik alıb və Mustafa Kapan adlı bir şəxs öz şadlıq sarayını bu mərasim üçün təmənnasız ayırıb.

Sümbül Topbaş əvvəlcə bərbərə aparılıb, saçı bəzədilib və makiyajı edilib. Sonra o, gəlinlik geyinərək şadlıq sarayına gəlib. Qocalar evi sakinləri və Sümbül xanımın qohumlarının iştirak etdiyi mərasimdə gəlin zurna-qavalla içəri girib və ilk rəqsini Adana Ailə və Sosial Xidmətlər İdarəsinin müdiri Mustafa Gökboğa ilə edib.

83 yaşlı gəlin jurnalistlərə açıqlamasında çox xoşbəxt olduğunu bildirib. "Mənim uşaqlıq sevgim birtərəfli idi. Mən heç vaxt ona hisslərimi bildirmədim. Sonra da heç kimlə ailə qurmadım. Bu gün arzularım çin oldu, çox sevincliyəm. Xəyallarımı reallaşdıran hər kəsə təşəkkür edirəm. Hamıya evlənməyi tövsiyə edərdim", - deyə o bildirib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.