TÜRKLƏR Ç İ N SINIRINDA

Dünən, 08:04           
TÜRKLƏR  Ç İ N SINIRINDA
İNDİKİ ÇİNİN yarısı, səddin şimalı bizim əcdadlarımızın tarixi torpaqlarıdır. Böyük Çin səddi türklərdən qorunmaq üçün tikilmişdir. Türkoloji tədqiqat üçün maraqlıdır ki, ABDAL türklərinin bir hissəsi şimal-qərbi Çində yaşayır. O abdallar ki, altı tayfa ilə birləşib ŞAH İSMAYIL XƏTAİNİN hakimiyyətə gətirmişdilər. Səfəvilər dövlətinin süqutundan sonra NADİR xan ƏFSARİ şah eləmişdilər. Nadir şahın vəfatından sonra onlar Əfqanıstanda hökmran oldular. Dürrani ləqəbi ilə taxta çıxdılar. Abdallar Ön ASİYANİN yeganə xalqıdır ki, Makedoniyalı İsgəndər yunanları, romalıları, farsları məğlub etmiş, ancaq onların hakimiyyətini tanımışdı. ABDAL müdrikləri İUDEYA ÇARI SİLOMONUN zamanında Yerusəlim sarayının şairləri, bəstə karları, duaçıları idilər. Solomondan sonra Aralıq dənizinin şərqindəki TIR və SİDON
şəhərlərinin hakimi oldular. İsgəndər donanma ilə Sidon şəhərinə yaxınlaşanda şəhərin hakimi ABDALAMİN təntənəli nitq söylədi. Onun nitqinə heyran olan fateh Abdalaminin başına şahlıq tacı qoydu, son döyüşdə yağmaladığı ləl-cəvahiratın bir bissəsini ona bağışladı. QƏDİM dünyanın qüdrətli dil və qol pəhləvanlarından yadigar kimi şimal-qərbi Çində və Ağdamda Abdal kəndləri qalmaqdadır. Çindəki abdallara əlimiz çatmır. Yerusəlim ətrafındakı abdallar isə Anadoluya və Azərbaycana köçüblər. Yaxşı olmazmı Ağdamın ABDAL kəndi tezliklə bərpa olunsun, əhali yurduna qayıtsın. Kəndin yuxarısında Gədik dağının döşündə son qol və dil pəhləvanımız ABDAL QASIMIN heykəli qoyulsun. Abdal şairlərinin Yerusəlimdə yaratdıqları şeirlərin ilkin nüsxələri tapılsın. Tapılmasa onların İvrit əlfbası ilə yazılmış şeirləri Azərbaycan dilinə tərcümə olunsun. İsrail Türkiyədən sonra bizim yaxın müttəfiqimizdir. Makronların acığına bu əlaqələr strateyi səviyyəyə qaldırılsın. Bizi bir-birimizə bağlayan etnik və tarixi bağlar elmi tədqiqatın obyektinə çevrilsin.
İLHAMI CƏFƏRSOY.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.