İYİ Partiyada şok istefa

2-01-2025, 10:24           
İYİ Partiyada şok istefa
Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyada gözlənilməz ayrılıq yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, partiyanın mətbuat katibi, deputat Kürşad Zorlu istefa verib.

O, qərarını sosial şəbəkə hesabında açıqlayıb:

"Təəssüf ki, gəlinən nöqtədə ümidimizi gələcəyə daşıyacaq bir hədəf müəyyən edilmədiyini və irəliləmə imkanınızın olmadığını görürəm.

Bu çətin vəziyyətdə öz yoluma qayıtma vaxtıdır. Bu gündən etibarən üzvü olduğum İYİ Partiya ilə rəsmi əlaqəmi kəsirəm.

Bu dam altında birgə mübarizə apardığım həmkarlarıma və mənə dəstək olan təşkilatımızın əməkdar üzvlərinə ürəkdən təşəkkür edirəm.

İndiyə qədər etdiyim kimi bundan sonra da vətənimə xidmət etmək üçün əzm və qətiyyətlə çalışmağa davam edəcəyəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru