İstanbul aeroportu Avropanın ən bahalı aeroportu seçilib

4-01-2025, 15:34           
İstanbul aeroportu Avropanın ən bahalı aeroportu seçilib
Bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinin araşdırmasında məlumat verilib.

Gununsesi.info xəbər verir ki, araşdırmaya əsasən, İstanbul aeroportu yemək və içki qiymətləri baxımından Avropanın ən bahalı hava limanları arasında birinci yeri tutub.

Aeroportda yarım litr su 6 avroya, kruassan və ya sendviç 16,5 avroya, kapuçino isə 9 avroya satılır. Müqayisə üçün, Berlin aeroportunda yarım litr suyun qiyməti 5,9 avro, Frankfurt hava limanında 4,75 avro, Londonda isə 4,5 avrodur.

İstanbul aeroportunun operatoru İGA bu qiymətlərin beynəlxalq standartlara uyğun olduğunu bildirib. Məlumatda vurğulanıb ki, şirkət xüsusilə Dubay, Amsterdam və London aeroportları ilə rəqabətə yönəlib.

Bəzi ekspertlər deyir ki, bu qiymətlər sərnişinlərin rahatlığına və hava limanının premium xidmətlər təqdim etməsinə əsaslanır. Lakin İstanbul aeroportunun Avropanın ən bahalı aeroportu seçilməsi ictimaiyyətdə müzakirələrə səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.