Əsədin devrilməsi Türkiyənin İranla regional rəqabətdə ən son uğurudur
Bu gün, 16:38
Suriyada Əsəd rejiminin devrilməsi Türkiyənən İranla regindakı nüfuz üzərində rəqabətindəki ən son uğurudur. Ancaq analitiklər deyir ki, Tehranın əlində Ankara ilə intesivləşən rəqabətində hələ də başqa strategiyaları var. Dorian Cons İstanbuldan xəbər verir.
Prezident Bəşər Əsədi devirən suriyalı üsyançıları Türkiyə dəstəkləyirdi. İran Əsəd rejimini dəstəkləyirdi. Analitiklər deyir ki, üsyançıların zəfəri Ankaranın Tehranla regional güc uğrunda rəqabətində ən son qələbəsidir.
“Türkiyə özü İranı İraq, Suriya və Cənubi Qafqazda zəiflədib. Yəni, Türkiyə bu üç ərazidə İranı üstələyib. Və Türkiyənin İranın daha da zəifləməsi ilə bir problemi yoxdur,” Almaniya Marşal Fondundan Özgür Ünlühisarcıklı deyir.
Müşahidəçilər tez-tez İran və Türkiyə arasındakı münasibətləri rəqabət və əməkdaşlıq arasında bir balans kimi xarakterizə edirlər. Ancaq analitiklər deyir ki, əməkdaşlıq getdikcə daha kəskin rəqabətə yol açır, çünki Ankara İranın öz təsir dairəsində hesab etdiyi və adətən İranın proksiləri tərəfindən qorunan ərazilərdə gücünü genişləndirməyə çalışır.
“Ərəb üsyanları başlayandan bəri İran Türkiyəni bir neçə dəfə də düşmən olaraq görməyə başlayıb. İranın proksiləri də Türkiyənin milli maraqları üçün çətinlik yaradır. İran həm də İraq və Suriyada PKK, YPG-yə imkan verən başqa bir ölkə olub,” Marmara Universitetindən Bilgehan Alagöz deyir.
Türkiyə Suriyadakı YPG kürd yarı-hərbi dəstəsini Türkiyədə fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olmaqla ittiham edib.
Analitiklər hesab edirlər ki, Tehran regionda İranın dəstəklədiyi yarı-hərbi qruplar vasitəsilə kürd silahlı qruplaşmalarına dəstək verməklə Ankaraya müqavimət göstərə bilər.
“İsrail və Türkiyənin İranın bu ekspansionizmini dayandırmaqda ortaq marağı var. Və siz əslində İsraillə Türkiyənin birbaşa deyil, dolayısı ilə əməkdaşlıq etdiyini gördünüz. İsrail (Livanda) Hizbullahı zəiflətdi, Türkiyə isə üsyançı hərəkatı dəstəklədi və Əsəd də belə devrildi,” Milli Təhlükəsizlik Araşdırmaları İnstitutundan Qallia Lindenstraus deyir.
Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlarla əlaqələri yeniləmək istədiyi, ABŞ-ın yeni seçilən Prezidenti Donald Tramp isə İrana qarşı daha sərt mövqe sərgiləməyi vəd etdiyi üçün analitiklər onlar arasında əməkdaşlıq üçün bir fürsət görürlər.
“Əgər cənab Tramp İranla yeni həll yolları və metodologiya yaratmağı hədəfləyirsə, (o zaman) ABŞ-ın Türkiyənin yardımına və əməkdaşlığına ehtiyacı var. Böyük şəklə baxanda Türkiyə və ABŞ bir araya gəlməlidir,” Türkiyə prezidentinin məsləhətçisi Mesut Casin deyir.
Müşahidəçilər qeyd edir ki, İran və Türkiyə əsrlərdir, birbaşa qarşıdurmadan yayınaraq, rəqabət apara biliblər. Amma Türkiyəin dəstəklədiyi üsyançıların Suriyada Tehranın müttəfiqi Əsədi derviməsindən sonra onların qarşıdurmadan çəkinmə qabiliyyəti sınaqla üzləşəcək.