Türkiyədə oteldə yanğına görə 4 nəfər saxlanıldı

22-01-2025, 00:04           
Türkiyədə oteldə yanğına görə 4 nəfər saxlanıldı
Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində 66 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı aparılan istintaq çərçivəsində 4 nəfər saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında məlumat yayıb.

“66 vətəndaşımızın həlak olduğu oteldə baş vermiş yanğınla bağlı Bolu Baş Prokurorluğunda başlanmış məhkəmə istintaqı çoxşaxəli və hərtərəfli aparılır. 6 prokurorun iştirak etdiyi istintaq tədbirləri çərçivəsində 4 nəfər saxlanılıb, o cümlədən otel sahibi”, - nazir yazıb.

Türkiyənin Radio və Televiziya Ali Şurası yanğınla bağlı KİV-in işıqlandırılmasına məhdudiyyətlər qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru