Türkiyədə Turabinin mahnısına nazirlikdən qadağa tələbi: Yayımdan çıxarılacaq?

4-02-2025, 11:26           
Türkiyədə Turabinin mahnısına nazirlikdən qadağa tələbi: Yayımdan çıxarılacaq?
Türkiyənin tanınmış adlarından olan və müğənnilik karyerasına addım atmaq istəyən Turabinin mahnısına Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən qadağa tələbi gəlib.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Turabi Çamkıran bir müddət əvvəl mahnı çıxarıb. Sosial media hesabından etdiyi paylaşımda "Survivor 2025"ə qatılmayacağını, mahnısının böyük maraqla qarşılandığını və pop ulduzu olmaq hədəfini açıqlayıb.

ABŞ-də yaşayan Turabinin ingilis dilində çıxardığı "Wine me, dine me!" adlı mahnısı mətnindəki qeyri-etik ifadələr səbəbindən Türkiyə ictimaiyyəti tərəfindən sərt tənqid edilib.

Mahnıya aid görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra Ailə və Sosial Xidmətlər Nazirliyi hərəkətə keçib.

Məlumata görə, nazirlik Turabinin mahnısının mətnində əxlaqazidd və qadınlar barədə alçaldıcı ifadələrin olduğunu və ictimai asayişi pozduğunu bildirib.

Nazirlik milyonlarla insan tərəfindən tez-tez istifadə edilən internet saytlarında bu qəbildən paylaşımların cəmiyyətin ümumi strukturunu poza biləcəyini, qadınları alçaldan seksist ifadələrlə uşaq və gənclərin zehni və mənəvi inkişafına mənfi təsir göstərə biləcəyini əsas gətirib, mahnının videosunun yayımdan çıxarılması üçün ona girişin bloklanmasını tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru