Dövlət Baxçalı Celal Şengörə ağır sözlər dedi

30-04-2025, 07:54           
Dövlət Baxçalı Celal Şengörə ağır sözlər dedi
MHP lideri Dövlət Baxçalı, “İstanbul oyunda, zaman daralır. İndi ən məntiqli addım şəhəri tərk etməkdir”, – deyən Prof. Dr. Cəlal Şengörü sərt sözlərlə tənqid edib.

Tribunainfo.az xəbər verir ki, Bağçalı, ”İstanbulun tərk edilməsini istəyən işğalın qalıqlarına deyəcəklərim budur: İstanbulu tək qoymayacağıq, tək yurdumuzu və canımızı qanımızla tərk etməyəcəyik, arxamızı dönməyəcəyik”.

Qeyd edək ki, Aprelin 23-də İstanbulun Silivri şəhərində baş verən 6,2 bal gücündə zəlzələ narahatlıq yaradıb. Zəlzələdən sonra açıqlama verən geoloq Prof. Dr. Cəlal Şəngör, “6.2 bal gücündə zəlzələnin daha kiçik artçı təkanlara sahib olması gözlənilir. Ancaq daha sonra zəlzələ və ya 6.2-dən böyük zəlzələlər baş verərsə, bunların İstanbulda gözlənilən böyük zəlzələnin xəbərçisi olma ehtimalı daha da güclənəcək”, – deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru