'Səsvermənin heç bir əhəmiyyəti yoxdur'-Erdoğan

24-11-2016, 11:20           

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa Birliyini yenə tənqid edib. Avropa Parlamenti Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqların dayandırılmasını səsə qoymağa hazırlaşır.

Noyabrın 23-də İslam Əməkdaşlıq Təşkilatının konfransında çıxış edərkən R.T.Erdoğan bu məsələyə toxunub, nəticədən asılı olmayaraq, səsvermənin onlar üçün əhəmiyyətsiz olduğunu söyləyib. R.T.Erdoğan deyib ki, AB üzvlüklə bağlı Türkiyəyə verdiyi vədlərin heç birinə əməl etməyib: «Halbuki Türkiyə Avropa dəyərlərinə bəzi Avropa ölkələrindən daha sadiq olduğunu dəfələrlə nümayiş etdirib».

Avropa Parlamentinin bəzi üzvləri Ankarayla danışıqların dayandırılmasını təklif edib. Səbəb R.T.Erdoğan hökumətinin siyasi rəqiblərinə qarşı təmizləmə əməliyyatlarıdır.azadliq.orq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru