Türkiyədə daha bir partlayış törədilib - 2 ölü, 16 yaralı

24-11-2016, 11:47           
Türkiyədə daha bir partlayış törədilib - 2 ölü, 16 yaralı
Adana Valiliyinin binasında törədilən partlayış nəticəsində 2 nəfər ölüv, 16 nəfər yaralanıb.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Adana valisi bildirib. İnzibati binanın avtomobil dayanacağında partlayış törədilib. Xeyli sayda maşın yanıb, yaxınlıqdakı evlərə ziyan dəyib.

***
09:35

Türkiyənin Adana vilayətində partlayış baş verib.

APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında qeydə alınıb. İlkin ehtimala görə, partlayış valiliyin avtomobil dayanacağında olub. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisənin terror aktı olduğu ehtimalı var. İlkin məlumatlara görə, 1-i ağır olmaqla 5 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.