SOCAR Türkiyədəki payını satışa çıxarır

11-06-2015, 21:04           

SOCAR "Petkim"dəki payını satışa çıxarır.

Ölkə.Az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti sayılan “SOCAR Turkey Energy” "Petkim"dəki payların bir qismini satışa çıxaracaq.

Şirkət İstanbul Fond Birjasına (Kamuoyunu Aydınlatma Platformu - KAP) rəsmi müraciət ediləcəyini bəyan edib.

"SOCAR Türkiyə"nin KAP-a verdiyi açıqlamada bunlar qeyd edilib:

"8 iyun tarixində və ya növbəti günlər ərzində əsas ortağı olduğumuz "Petkim" şirkətində sahib olduğumuz paylarımızın bir qisminin BIST Topdan Satış Bazarında satış əməliyyatını reallaşdırmaq üzrə Birja İstanbula müraciət ediləcəyini Sərmayə Bazarı Məclisinə bildiririk".

Türkiyənin ilk neft-kimya təsisatı olaraq 1965-ci ildə qurulan "Petkim" 30 May 2008 tarixində reallaşan özəlləşdirmə tenderi nəticəsində blok satış üsuluyla "SOCAR Türkiyə"yə satılmışdı. Hazırda “SOCAR Türkiyə Enerji”in “Petkim”də payı 58%-dir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.