Ərdoğanla Putinin nə müzakirə etdikləri bilindi

14-06-2015, 00:31           

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəccəb Tayyib Ərdoğanın Azərbaycanda baş tutan təkbətək görüşünün detallarını açıqlayıb.

O, Putin və Ərdoğanın Türk Akımı başda olmaqla enerji layihələrini, Mersin Akkuyu Nüvə Santralı ilə əlaqədar texniki problemlərini müzakirə edildiyini bildirib:

“Prezidentlər nüvə stansiyanın tikintisi ilə əlaqədar texniki məsələləri müzakirə etdi. Enerji sahəsində digər fundamental layihələr də danışılıb. Ukrayna başda olmaqla beynəlxalq problemlərlə əlaqədar fikir mübadiləsi aparıldı”.

Peskov bildirib ki, Putin və Ərdoğan 100 milyard dollarlıq ümumi ticarət hədəfini bir daha təsdiq ediblər:

"Daha əvvəl təyin olunan hədəfdən imtina və proqnozlaşdırıla bilən bir dövrdə bu fikirlərin reallaşdırılması təsdiq edildi. Liderlər iqtisadi və ticari sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda düşüncələrini bölüşdü. Ərdoğan rus həmkarını Türkiyədə baş tutan parlament seçkiləri, Türkiyədə yaşanan siyasi vəziyyət və yeni hökumət qurulması barədə perspektivlər mövzusunda məlumatlandırdı”. (qafqazinfo)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.