Sərhəddə gərginlik: İŞİD-lə Türk əsgərləri qarşılaşdı - FOTO

14-06-2015, 20:23           

Suriya ilə Türkiyə sərhədində gərginlik yaşanıb. Publika.az-ın məlumatına görə, Türkiyənin Suriya ilə sərhəd olan Akçakale bölgəsində Türk əsgərləri ilə İŞİD silahlıları qarşı-qarşıya gəlib. Belə ki, İŞİD-in nəzarətində olan Tel Abyaddan qaçan suriyalılar Türkiyəyə keçmək üçün sərhəd xəttindəki Akçakale Qatar stansiyasına yığışıblar. Sərhəd xəttinə yaxınlaşan suriyalıları qaytarmaq üçün Türk əsgərləri havaya xəbərdarlıq atəşi açmağa məcbur olub. Bu zaman qarşı tərəfdə əli silahlı İŞİD üzvləri görünüb. Bir neçə saatlıq danışıqlardan sonar İŞİD silahlıları suriyalıları evlərinə qaytara bilib.
Sərhəddə gərginlik: İŞİD-lə Türk əsgərləri qarşılaşdı - FOTO - See more at: http://teleqraf.com/news/59477#sthash.ZvHjkeQ1.dpuf












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.