“Konstitusiya dəyişikliyi Ərdoğan üçün deyil, hər doğan üçündür” – Binəli Yıldırım
1-03-2017, 20:14
“Müxaliflər “Bu konstitusiya dəyişikliyini Rəcəb Tayyib Ərdoğan özü üçün edir” deyirlər. Konstitusiya dəyişikliyi Ərdoğan üçün deyil, hər doğan üçündür. Türkiyənin gələcəyi üçün bu dəyişikliyi edirik. Bizim, özümüz üçün bir dərdimiz yoxdur.”
Avropa.info xəbər verir ki, bu sözləri baş nazir Binəli Yıldırım AKP-nin Amasiya mitinqində çıxış edıərkən deyib. Yavuz Səlim Meydanındakı mitinqdə xalqa xitab edən Yıldırım, xalqı 16 apreldə keçiriləcək konstitusiya dəyişikliyi referendumunda “bəli” deməyə çağırıb.
Hamımız faniyik. Az yaşa, çox yaşa, ölüm gələr başa. Onun üçün millətimizdən gizlədəcəyimiz heç bir şey yoxdur. Nə etsək millət üçün edirik, millətin dediyini edirik. Bu gün də nə ediriksə sizinlə və birlikdə edirik. Müxalifət deyir ki, guya etimad səsi qaldırılır, məclis zəiflədilir. Vətəndaşın etimad səsindən daha böyük etimad səsi olurmu? Seçki qutusunda seçiminizi edirsiniz. Prezidentini seçirsiniz. Biz birinci yanlışı düzəltdik. Artıq Türkiyədə prezidenti xalq seçir. İndi də yeni bir yalan atıblar ortaya. Guya parlamentin gücü azaldılır. Yalan artıq bunların sənətinə çevrilib. Məclis əksinə daha da güclənir.
Parlamenti buraxma deyə bir şey yoxdur. İki hakimiyyətlik dönəmində prezident ilə parlament arasında münaqişə olurdu. Olmadımı? Xatırlayın, Çankayanın kökü, nə bilim nəyin düşməni – deyə rəhmətlik Özalın üstünə, Süleyman Dəmirəl hücum edirdi. Davamlı tənqid, daim təhqir. Sonra Ecevit, Əhməd Necdət Sezəri parlamentdə prezident seçdirdi. Qısa müddət sonra onlar da düşmən oldular. Bu sistemin problemindən qaynaqlanır. Bu sistem ata ilə oğlu bir-birinə düşmən edir. Onun üçün dəyişməsi lazımdır” deyə Yıldırım qeyd edib.