Türkiyədə qadın deputat həbs edilib

30-05-2017, 09:07           
Türkiyədə qadın deputat həbs edilib
Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Besimə Qönçə həbs edilib.

APA-nın məlumatına görə, silahlı terror təşkilatına üzvlükdə və terror təbliğatında ittiham edilən qadın deputat daha əvvəl həbs edilsə də, mayın 3-də azadlığa buraxılmışdı. Lakin prokurorluq bununla razılaşmamış və qərara etiraz etmişdi. Mayın 8-də məhkəmə Besimə Qönçənin yenidən saxlanılması barədə qərar qəbul etmişdi.

Deputat 20 gün sonra Batman hava limanında saxlanılıb. Məhkəmə qarşısına çıxarılan Besmiə Qönçə barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, azadlığa buraxılarkən ölkəni tərk etməsinə qadağa qoyulmuşdu.
[media=https://www.youtube.com/watch?v=xnue-rxg8nc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru