Türkiyədə terrorla bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) Siirt üzrə millət vəkili Besime Konca ilə bağlı qərar verilib.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, deputat barəsində “terror təşkilatının təbliğatını aparmaq” cinayət maddəsi üzrə 2 il 6 ay müddətinə qədər həbs-qətimkan tədbiri seçilib.