Türkiyə bu qəhrəman generalı ağlayır - FOTO

1-06-2017, 13:59           
Türkiyə bu qəhrəman generalı ağlayır - FOTO
Türkiyəyə məxsus “Souqar” tipli hərbi helikopterin Şırnakın Şenoba bölgəsində qəzaya uğraması nəticəsində şəhid olanlardan biri də general-mayor Aydoğan Aydındır.

Axar.az xəbər verir ki, türk mətbuatı şəhid generalla bağlı bəzi təfərrüatları açıqlayıb.

Generalın əsgərlərini çox sevdiyi, onlarla birlikdə oturub yemək yediyi, ön cəbhədə döyüşdüyü üçün “Əsgər Aydoğan” ləqəbi ilə tanındığı qeyd olunub. Onun 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş hərbi çevrilişə cəhd zamanı terrorçularla mübarizə apardığı da bildirilir.

Türk ordusunda xüsusi əhəmiyyətli mövqe tutan general Aydoğan “Şəhid mayor Əhməd Qaraman-2” əməliyyatına rəhbərlik edib və bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onunla telefonla müzakirə də aparıb.

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyəyə məxsus “Souqar” tipli hərbi helikopter İraqla sərhəddə yerləşən Şırnakın Şenoba bölgəsində qəzaya uğrayıb. Qəzaya uğrayan helikopterdə biri diviziya komandiri olmaqla, 13 hərbçi həlak olub. Ölənlər arasında general Aydoğandan başqa iki polkovnik və 5 zabit də var.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru