Putin və Ərdoğan Qətərlə bağlı vəziyyəti müzakirə edib

6-06-2017, 09:20           
Putin və Ərdoğan Qətərlə bağlı vəziyyəti müzakirə edib
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı Qətərdə yaranmış vəziyyəti müzakirə ediblər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
"Qətər dövləti ilə bağlı yaranmış vəziyyət müzakirə olunub. Prezidentlər bütün maraqlı ölkələri Fars körfəzi regionunda sülh və sabitliyin qorunub saxlanması üçün güzəştli qərarların hazırlanması məqsədi ilə dialoqa çağırıblar", - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı, həmçinin qeyd olunub ki, Yaxın Şərqdəki kəskin böhran terror təhlükəsi ilə mübarizə işində beynəlxalq ictimaiyyətin birgə və sıx əlaqələndirilmiş şəkildə işləməsini tələb edir.
Bazar ertəsi Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək, onunla diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviyanın şərq hissəsinin hakimiyyəti, Yəmən, həmçinin Maldiv və Mavrikiya da Qətərlə münasibətləri kəsdiyini elan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.