Ürəyi 1 saat ərzində 40 dəfə dayanan adam

10-08-2017, 09:12           
Ürəyi 1 saat ərzində 40 dəfə dayanan adam
Türkiyənin Ərzincan şəhərində ürəyinə by-pass əməliyyatı keçirən Bekir Dəmirtaş unikal xəstələr siyahısına daxildir.

Belə ki, əməliyyatdan 2 gün sonra bir saat içində onun ürəyi 40 dəfə dayanıb. Buna baxmayaraq, dərhal müdaxilə edən həkimlər onu həyata qaytarıblar. 66 yaşlı kişinin ilkin əməliyyatı 4 saat boyunca davam edib. Amma bu, onun qurtulduğu və həyata qayıtdığı anlamına gəlməyib. Hətta ürəyi dayanan vaxt həkim onun ürəyini əlinə alaraq qapalı masaj edib. Bunun müsbət effekt vermədiyini görəndə isə ürəyinə elektroşok və masaj tətbiq edib. 3 gün sonra xəstə gözlərini açıb və həyata qayıdıb.

Həkimlər isə həmin günkü fəaliyyətlərini möcüzə adlandırıblar. Onlar deyiblər ki, xəstənin ürəyi 20-30 saniyə döyünür, sonra isə dayanırdı.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru