Din xadimləri dükanlarda reydlərə başladılar - SPİRTLİ İÇKİLƏRƏ QARŞI...

10-08-2017, 09:54           
Din xadimləri dükanlarda reydlərə başladılar - SPİRTLİ İÇKİLƏRƏ QARŞI...
Ailələrin dağılmasına səbəb olan əsas amillərdən biri alkoqol qəbuludur...

Məscid axundları satış məntəqələrini gəzərək alkoqollu içkilərə qarşı mübarizəyə başladılar.

Moderator.az yazır ki, bu haqda Qırğızıstanın “Turmush” nəşri xəbər yayıb. Bu ölkənin Batken vilayətinin Kadamjay rayonunun Mərkəz və Maydan kənd dairələrində imamlar(axundlar) spirtli içkilər satılan mağazaları gəzərək təbliğat işi aparırlar. Din xadimləri dükan sahiblərinə belə içkilərin satışının haram olduğunu, bunun xalqa, xüsusən gənc nəslə böyük zərbə vurduğunu və s. anlatmağa çalışırlar. Axundlar məhz alkoqollu içkilər səbəbindən bir çox cinayətlərin artdığını və ailələrin dağıldığını vurğulayırlar. Din xadimlərinin maarifləndirici işi öz nəticəsini verməkdədir – artıq bir sıra sahibkarlar dükanlarda spirtli içkilər satmayacaqlarını vəd ediblər.

Xatırladaq ki, bir neçə ildir ki, Qırğızıstanda haram içkilərə qarşı geniş kampaniya başlanıb. Bu günlərdə kəndlərdən birində sakinlər bütün alkoqollu içkiləridükanlardan yığaraq zibilxanaya atmışdılar--- moderator.az/news/187083.html












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru