Ərdoğan Dövlət Bağçalı və Tansu Çillərlə koalisiya quracaq?
7-09-2017, 19:12
Prezident Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə keçiriləcək prezident və parlament seçkilərini qazanmaq üçün Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bağçalı və keçmiş baş nazir Tansu Çillərə prezidentin müavinləri vəzifəsini təklif edəcəyi gündəmə gəlib.
PRESSDAY.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinin Türkiyə Böyük Millət Məclisinə təqdim etdiyi Konstitusiya dəyişikliyi qanun layihəsində "Prezidentin müavinlərinin də partiyalı olması" nəzərdə tutulur.
Bağçalının bu təklifi qəbul edəcəyi təqdirdə prezident köməkçisi olsa da MHP-nin ümumi rəhbərliyini davam edəcək. Ancaq bu sistemlə Ərdoğanın 16 aprel referendum prosesində "Konstitusiya dəyişikliyi bitəcək" dediyi koalisiya hökumətləri dövrünə 17 il sonra geri qaytarılmış olacaq.
Prezident və AKP sədri Tayyib Ərdoğan bütün hesablarını, önə çəkilməməsi halında 3 noyabr 2019-cu ildə birlikdə keçiriləcək prezident və deputat seçkilərni qazanmaq üzərində aparır. İlk olaraq Konstitusiya dəyişikliyində MHP ilə birlikdə hərəkət edən Ərdoğan və AKP rəhbərliyi, bir müddətdir ki, alınan qərarlar və qanun dəyişikliklərində bu tərəfdaşlığı davam etdirir.
Ərdoğanın 2019-cu ilin seçkilərində də bu tərəfdaşlığı davam etdirəcəyi, xüsusilə prezident seçkilərinin ilk turunda 51 faizlik səs nisbətini təmin etmək üçün MHP-nin sədri Dövlət Bağçalı və keçmiş baş nazir Tansu Çillərə prezident müavini təklif edəcəyi dilə gətirilir.
Aprelin 16-da qəbul edilən Konstitusiya dəyişikliyinə görə, deputatlar arasından təyin ediləcək prezident müavini və nazirlərin səlahiyyətləri düşəcək. Ancaq AKP hökuməti, TBMM-ə keçən qanunvericilik ildə təqdim etdiyi konstitusiya dəyişikliyinə adaptasiya üçün hazırlanan rəy paketinə "Prezidenti köməkçilərinin də partiyalı olması" istiqamətində tənzimləmə qoydu.
Paketin parlamentin sessiyasının oktyabrın 1-də başlaması ilə birlikdə komissiya və baş assambleyanın gündəliyinə gəlməsi gözlənilir. Paketin qəbul edilməsi vəziyyətində prezident müavini təyin olunacaq adlar eyni zamanda siyasi partiya ümumi başçısı da olacaq. Bağçalının prezident seçkilərində Ərdoğana dəstək verməsi və mümkün bir prezident müavini təklifini qəbul etməsi vəziyyətində MHP-nin sədri kimi vəzifəsini davam etdirəcək. Bu halda Ərdoğanın "yeni sistemlə bitəcək" dediyi koalisiya hökumətləri dövrünə faktiki olaraq 17 il sonra geri qaytarılmış olacaq.