DƏHŞƏT: Hamilə həyat yoldaşını bətnindəki körpə ilə birlikdə öldürdü - FOTO/VİDEO

22-09-2017, 09:46           

Bursada dəhşətli qətl hadisəsi baş verib.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, ailə faciəsində 8 aylıq hamilə qadın bətnindəki körpə ilə birlikdə həyatını itirib. İkinci dəfə ailə quran İsmanperi A. ilk nikahdan olan uşaq üstündə həyat yoldaşı Nurettin A. ilə mübahisə edib. Özünə nəzarəti itirən İsmanperi bıçaqla həyat yoldaşını ayağından yüngülcə yaralayıb. Gözü dönən Nurettin bıçağı götürərək hamilə yoldaşına bir neçə zərbə vurub.


Səs-küyü eşidən qonşular dərhal polisə xəbər verib. Polis cinayətkarı hadisə yerində yaxalayıb. Yaralı qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bətnindəki körpə də oksigen çatışmazlığından ölüb.
Polis hadisəylə bağlı araşdırma aparır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru