Ərdoğanın Nyu Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanılıb (VİDEO)

22-09-2017, 11:33           
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, R.T.Ərdoğan Türkiyə-ABŞ Milli Komitəsinin tədbirində çıxış edən zaman bir kişi "Sən terrorçusan. Mənim ölkəmdən rədd ol" deyə qışqırıb. Bundan sonra zalda dava düşüb.

Nyu York polisi 5 nəfərin saxlandığını, lakin onların həbs edilmədiyini bildirib. Xəsarət alan yoxdur.

Rəsmi Ankara insidentin ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirləri görməkdən imtina etməsinə görə baş verdiyini bəyan edib.

Türkiyə mətbuatı etiraz edənlərin PKK terror təşkilatının üzvləri olduğu yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru