Türkiyədə genişmiqyaslı əməliyyat keçirildi - 1000-dən çox şübhəli saxlanıldı

8-11-2017, 10:01           
Türkiyədə genişmiqyaslı əməliyyat keçirildi - 1000-dən çox şübhəli saxlanıldı
Türkiyədə cinayətkarların tutulması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.

Musavat.com-un məlumatına görə, əməliyyat nəticəsində müxtəlif cinayətlərdən axtarışda olan 1000-dən çox adam saxlanılıb. Əməliyyat Baş Polis İdarəsinin Asayiş Dairəsi tərəfindən aparılıb. Oğurluq cinayəti də daxil olmaqla axtarışda olanların tutulub ədalətə təhvil verilməsi məqsədilə keçirilən əməliyyatda 2419 qrup, ümumilikdə isə 6649 polis iştirak edib. Türkiyənin müxtəlif bölgələrində 2741 ünvana eyni vaxtda basqın təşkil edilib.

Nəticədə, oğurluqda şübhəli bilinən 282, qətldə şübhəli olan 11, quldurluqla suçlanan 22, yaralama cinayətindən 120, cinsi istismar və pedofillikdə şübhəli bilinən 23, silah qaçaqçılığı və terrorla əlaqəli 2, silahla təhdiddən 14, dələduzluqda günahlandırılan 39, narkotik ticarəti ilə məşğul olan 39 nəfər və digər maddələrlə günahlandırılan ümumilikdə 1051 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru