Türkiyə, Fransa və İtaliya yeni saziş imzaladı

9-11-2017, 10:38           

Türkiyə, Fransa və İtaliyanın müdafiə idarələri arasında müdafiə sahəsində əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.
Әməkdaşlıq istiqamətində ilk addım olaraq EUROSAM konsorsiumu ilə Türkiyə şirkətləri arasında SAMP-T hava hücumundan müdafiə sisteminin təhlili aparılacaq, həmçinin üç ölkənin tələbatının aşkar edilməsi üzrə işlər görüləcək.
Bundan əlavə, memorandum birgə hava hücumu və raket əleyhinə sistemlərin birgə istehsalı, həmçinin müdafiə sənayesi sahəsində münasibətlərin inkişafı üçün əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini əhatə edəcək.
Memoranduma görə, eləcə də, NATO çərçivəsində iki və üçtərəfli məsləhətləşmələr aparılacaq. Eyni zamanda, tərəflər NATO üzrə tərəfdaşlarla əməkdaşlığın inkişafını dəstəkləmək niyyətindədirlər. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru