Türkiyənin baş naziri ABŞ-ın vitse-prezidenti ilə görüşüb
10-11-2017, 08:35
Türkiyənin baş naziri Bineli Yıldırım ABŞ-da bu ölkənin vitse-prezidenti Maykl Penslə görüşüb. "Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüş 1 saat 20 dəqiqə davam edib. Qapalı keçirilən görüş zamanı PKK terrorçu təşkilatının Suriya qolu olan YPG-ə dəstək, FETO başçısı Fətulah Gülənin ekstadisiya olunması və iki ölkə arasında yaranan viza böhranı müzakirə mövzuları olub. Görüşdən sonra B.Yıldırım Nyu-Yorka yola düşüb.