Yıldırım Penslə görüşündən danışdı: Zərrab, Gülən...

10-11-2017, 09:17           

Türkiyə Baş naziri Binəli Yıldırım Ağ Evdə ABŞ-ın vitse-prezidenti Mayk Penslə keçirdiyi görüş barədə danışıb.

Axar.az xəbər verir ki, Yıldırım görüşün səmərəli keçdiyini və problemlərin gündəmə gətirildiyini bildirib.

"İkitərəfli və regional məsələləri müzakirə etdik. İki ölkə arasında son zamanlar baş verənlərin nə Türkiyə, nə də ABŞ-a bir faydasının olmadığı qənaətinə gəldik", - Yıldırım bildirib.

Rza Zərrab və FETÖ-çunun ekstradisiyası barədə də fikir mübadiləsinin aparıldığını deyən Yıldırım Zərrabın bu şəkildə mühakimə edilməsinin hüquqi əsasının olmadığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru