İstanbulda ƏMƏLİYYAT - İŞİD-ə qoşulmaq istəyən xarici vətəndaşlar saxlanıldı

10-11-2017, 13:07           
İstanbulda ƏMƏLİYYAT - İŞİD-ə qoşulmaq istəyən xarici vətəndaşlar saxlanıldı
Türkiyə hüquq-mühafizə orqanları İstanbulda genişmiqyaslı əməliyyat keçirib. Trend-in məlumatına görə, keçirilən əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 80-dən çox şəxsin saxlanıldığı barədə polis məlumat yayıb.

Məlumata görə, saxlanılanlar İraq və Suriyaya münaqişə zonalarına keçmək istəyən xarici vətəndaşlardır.

Bildirilir ki, əməliyyat İstanbulun 14 rayonunda keçirilib.

Qeyd edək ki, ötən gün belə əməliyyat Ankarada keçirilmişdi. Həmin əməliyyat nəticəsində isə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 100-dən çox şəxsin saxlanılması barədə məlumat verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru