Yekaterina Baltaçı Mehmetlə yatıb, Pyotru xilas etmişdi? - VİDEO

10-11-2017, 16:58           

Baltaçı Mehmet və II Yekaterina haqqında yazılanları yəqin ki, çoxunuz oxumusuz, yaxud da eşitmisiniz. Danışılanların gerçəyə nəqər uyğun olub – olmadığını isə çoxumuz bilmirik.

Prut müharibəsində mühasirəyə düşən rus ordusunu qurtarmaq üçün çariça II Yekaterina Baltaçı Mehmetin çadırına girir və özünü ona təslim edərək qeyri-əxlaqi bir bazarlıq edir.

Tarixi iddialarda hadisənin belə baş verdiyi deyilir. Lakin bu doğrudurmu, yoxsa yalışdırmı sualı çoxlarını maraqlandırır.

A24.az bütün suallarınızı cavablandıracaq faktları sizə təqdim edir:
Yekaterina Baltaçı Mehmetlə yatıb, Pyotru xilas etmişdi? - VİDEO

Baltaçı Mehmet Çorum vilayətində doğulub və saraya baltaçı olaraq gəlib. Zamanla onda olan qabiliyyət və bacarıqlar kəşf edilir, hətta indiki baş nazir vəzifəsinə uyğun olan posta qədər yüksəlir. Baltaçı Mehmeti tarixdə gündəmə gətirən yeganə hadisə çariça II Yekaterina ilə münasibətlərinin olması söz-söhbətidir.


Prut savaşında ruslar tərəfindən çıxılmaz vəziyyətə salınan İsveç karlı Osmalı dövlətindən yardım istəyir və osmanlılar 120 minlik orduyla, Baltaçı Mehmet paşanın rəhbərliyi ilə ora göndərilir.

Osmanlı qoşunu Prut sahilində rus ordusunu mühasirəyə salır.

Bu passiv müharibə rus qoşununu səssiz-səmirsiz boğmağa xidmət edirdi deyə, aktiv əməliyyatlar barədə heç kim düşünmür.

Tamamilə ümidsiz vəziyyətə düşən I Pyotr hətta vəsiyyət də edir: “Məndən sizə məktub gələrsə, innamayın, ola bilər ki, osmanlılara əsir düşmüşəm”, deyərək xəbərdarlıq edir.



Uzanan mühasirə vəziyyəti əslində bir-birindən xəbərsiz olan ordulara yaxşı heç nə vəd etmirdi.

Bunu görən II Yekaterina təklif edir ki, Osmanlılara daş –qaş və qiymətli hədiyyələr göndərib, onla bütün şərtlərini qəbul etdiyimizi söyləyək. Belə də olur və Prut müqaviləsi imzalanır.

Lakin II Yekaterina Baltaçı Mehmetin əfsanədə deyildiyi ki, əslində çadırına getmir. Bunu bir neçə faktla isbat etmək olar ki, həmin dönəmdə Baltaçı Mehmetin 80 –dən çox yaşı vardı, ( Doğum 1662 Çorumda anadan olub. Prut savaşında 1711-də 49 yaşı olubn Teref.İnfo) onun çadırı tək və tənha bir yerdə deyildi ki, II Yektarina oraya girəydi. Çadıra girmək o qədər də asan deyildi. Bu, zamanın da siyasi əxlaqına zidd idi.

Amma əvəzində I Pyotru mühasirədən buraxan Baltaçını Sultan edam etdirir.( Baltaçı Mehmet paşa edam edilmnəyib. O sürgündə 1712 - də Limni adasında vəfat etdi)

Bu əfsanə isə birbaşa alman salnaməçilərinin fantaziyası imiş.
[media=https://www.youtube.com/watch?v=cDtgDARS9HU]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.