Türkiyədəki seçkilərlə bağlı şok məlumat: ABŞ-dan...

11-11-2017, 05:00           

Türkiyədə 2014-cü ildə keçirilən bələdiyyə seçkiləri ilə bağlı şok məlumat yayılıb.

Axar.az xəbər verir ki, FETÖ ilə bağlı keçirilən məhkəmə prosesində maliyyə müşaviri olan İ.B adlı şəxs HDP-yə səs vermək barədə təlimat aldıqlarını bildirib.

7-8 il öncə dostunun vasitəsi ilə FETÖ ilə tanış olduğunu bildirən sözügedən şəxs o vaxt təşkilat tərəfindən yaradılan Kilis İş Adamları Dərnəyinə üzv edildiyini və rəhbərlik üçün təklif aldığını qeyd edib, ancaq işlərinin çoxluğu səbəbindən təklifdən imtina etdiyini söyləyib:

"2014-cü ildə ABŞ-dan gələn bir nəfər təşkilata məxsus Məmməd Döymə adına məktəbdə keçirilən iclasda iştirak etdi və bu bölgədə HDP-yə səs verməli olduğumuzu bildirdi. Biz isə MHP-yə səs verəcəyimizi söylədik. Bundan sonra onlara qarşı soyuqluq yaranmağa başladı".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru