Anasını döyən doğma atasını güllələdi - 21 yaşlı qızın faciəsi
11-11-2017, 11:17
Bursa şəhərində yaşayan Kamal K. (48) və həyat yoldaşı Gülçin K. (42) ötən gün günorta saatlarında münaqişə ediblər.
GoldNews.Az xəbər verir ki, münaqişənin davaya çevrilməsindən sonra əsəbləşən Kamal xanımını döyməyə başlayıb. Həmin vaxt evdə olan və yaşananların qarşısını almağa çalışan 21 yaşlı Dilarə k. anasına güc tətbiq edən atasına əsəbləşərək onu tapançadan açılan güllə ilə öldürüb. Silah səslərini eşidən qonşuların xəbər verməsi ilə hadisə yerinə polislər gəlib. Nəzarət altına alınan Dilarə ilk ifadəsində "Anamı döydürdü. Hamınızı öldürəcəyəm deyə bağırırdı. Qorxutmaq istədim, öldürmək istəmədim" deyib.