“Mardan Palace” qarət olundu

12-11-2017, 14:09           

Naməlum şəxslər Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov tərəfindən 2009-ci ildə Antaliyada inşa edilən “Mardan Palace” hotelindəki qızıl örtüklü dekorativ elementləri oğurlayıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Milliyyət” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, “Mardan Palace” hotelinə borcları ödəmədiyi üçün payızda elektrik enerjisinin verilişi dayandırılıb. İşçilər hotelin ərazisini tərk edib və siqnalizasiya söndürülüb.
Bundan istifadə edən oğrular gecə saatlarında ən azı 7 ədəd qızıl örtüklü dəmir hasarı və bağçılıq dekorasiyalarını oğurlamağa müvəffəq olublar.
Qeyd edək ki, 7 ulduzlu “Mardan Palace” hoteli T.İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilib. Açılış mərasimində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, aktyorlar Riçard Gir, Şeron Stoun, Monica Belluççi və digər tanınmış şəxslər iştirak ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru