Ərdoğanla Putinin 2 saat 10 dəqiqəlik təkbətək görüşü: "Bu, əlaqələrin daha da təməlli canlandığının göstəricidir"

13-11-2017, 22:25           

Prezident Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə bu gün Bakı vaxtı ilə saat 18.20-də bir araya gəlib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən əvvəl verilən ilk açıqlamada Ərdoğan "Bu görüş əlaqələrimizi, gələcəyə yönəlik güvənimizi artırır" deyib.

Putin isə bildirib ki, bu görüş əlaqələrin daha da təməlli canlandığının göstəricidir.

Mia.az xəbər verir ki, iki prezidentin təkbətək görüşü 2 saat 10 dəqiqə çəkib.

Təkbətək görüşdən sonra heyətlərlə birgə görüş başlayıb.

Xatırladaq ki, Ərdoğanı görüşdə Baş qərargah rəisu Hulusi Akar, xarici işlər naziri Çavuşoğlu və prezidentin sözçüsü İbrahim Kalın müşaiyət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru