PKK ən böyük NEFT MƏKANINI İŞĞAL ETDİ

13-11-2017, 23:12           
PKK ən böyük NEFT MƏKANINI İŞĞAL ETDİ
Terror təşkilatı PKK/PYD, Suriyanın Deyrizor rayonunda yerləşən ölkənin ən zəngin ikinci neft ərazisi olan el-Tənəki işğal edib.

PKK/PYD, 9 sentyabrdana bəri ABŞ dəstəyi ilə İŞİD-ə qarşı mübarizə adı altında Deyrizorun neftlə zəngin olan şimal və şərq hissələrinə hücumu davam etdirir.
Deyrizordaki etibarlı yerli mənbələrdən əldə edilən məlumata görə, terror təşkilatı PKK/PYD, Suriyanın İraq sərhədinə hakim Deyrizor şəhər mərkəzinin 35 kilometr şərqində yerləşən el-Tənək neft məkanını işğal edib.
Hücumdan sonra həmişəki kimi, yenə də İŞİD terrorçuları əraziləri ABŞ-ın dəstəklədiyi digər bir terrorçu qrupa təhvil verərək əl-Tənəkin şərqinə çəkilib.
PKK/PYD, Deyrizorda ötən ay ölkənin ən zəngin neft sahəsi olan Əl-Ömər ilə Cafra yataqlarını da ələ keçirmişdi.
Ölkənin ən böyük qaz kompleksi olan Konoko da ötən ilin sentyabr ayında terror təşkilatının nəzarətinə keçmişdi.
Anadolu Agentliyinin xəritə məkan ölçülərinə görə, PKK/PYD Suriya torpaqlarının təxminən dörddə birini əlində saxlayır.
Suriyanın ən böyük neft yataqları, Deyrizoru ikiyə bölən Fərat Çayının şərqində yer alır. Və maraqlıdır ki, İŞİD adətən nəzarət etdiyi bütün neft və qaz mənbələrini əsas olaraq ABŞ-ın dəstəklədiyi PKK/PYD terrorçularına təhvil verərək ərazilərdən çəkilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.