Ərdoğan NATO-ya etibarlılığın suallar doğurduğunu bildirib
19-11-2017, 11:03
"NATO özünün raketdən müdafiə sistemini Türkiyəyə verməyə imtina edəndən sonra bu qruma etibar ciddi suallar doğurmağa başladı".
"Report" xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "NATO-ya etibar məsələsi ümumilikdə bütün alyansda sualar doğurur", - deyə Ərdoğan bildirib və əlavə edib ki, Ankara özünün havadan müdafiə sistemini gücləndirmək üçün Rusiyadan S-400 komplekslərini almaq üçün danışaqlara başlayan kimi NATO-nun aparıcı ölkələri Türkiyəni tənqid atəşinə tutdular.
2012-ci ilin sonunda Ankara raket zərbələrindən qorunmaq üçün öz ərazilərini havadan müdafiə kompeksləri ilə təchiz etməsi üçün NATO-ya müraciət etdi. 2013-cü ilin əvvəllərində Türkiyənin cənub-şərqində yerləşən üç rayonda, Suriya sərhədindən 70-100 km aralıda Almaniya, ABŞ və Niderlanda məxsus "Patriot" kompleksləri yerləşdirildi.
Lakin, 2015-ci ilin avqustunda Almaniya bundesveri Türkiyənin cənubunda missiyasının sona yetdiyini açıqlayaraq "Patriot" komplekslərini oradan çıxardı. Bir ay sonra eyni addımı ABŞ atdı.