Türkiyə Aviasiya və Kosmik Sənaye qurumunun tərkibində yerləşən Kosmik Sistemlərin İnteqrasiyası və Testi Mərkəzindən (KSİT) ilk görüntülər yayılıb.
Axar.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, qardaş ölkənin ilk yerli və milli peyki Türksat 6A məhz bu mərkəzdə yaradılacaq.
Təxminən 3 min 800 kv.metrlik ərazisi olan mərkəzin hər birinin ağırlığı 5 tondan artıq olan bir neçə peykin montajı, modernizasiyası və testləri həyata keçirilir.
KSİT-in hərbi aviasiyaya birbaşa bağlantısının olması səbəbindən ölkənin təhlükəsizlik, maliyyə və digər sahələri baxımından da böyük önəm kəsb etdiyi aydın olur.