Türkiyəli prokuror Ermənistana qaçdı

11-08-2015, 21:27           
Türkiyədə məşhur “Ergenekon” işi ilə bağlı cinayət işinin istintaqını aparan və ittihamnaməsini hazırlayan prokuror Zək
əriyyə Öz ölkədən qaçıb.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Artvin vilayətinin valisi Kamal Cirit deyib ki, Zəkəriyyə Özlə bərabər, onun həmkarı Cəlal Qara da Gürcüstandan Ermənistana keçiblər.

Onların hər ikisi haqqında İstanbulun Bakırköy rayon prokurorluğu tərəfindən mütəşəkkil dəstə yaratmaq ittihamı ilə araşdırma başlayıb. Vali bildirib ki, hər iki prokuror Türkiyə ilə Gürcüstan arasındakı Sarp sərhəd keçid məntəqəsindən Gürcüstana keçib. Onlar daha sonra Ermənistana gediblər. Prokurorlar ölkəni tərk edərkən barələrində həbs qərarı və xaricə çıxmasına qadağan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru