Mehmet Topala silahlı hücum - FOTO

11-08-2015, 21:46           
Mehmet Topala silahlı hücum - FOTO
Türkiyə yığmasının və “Fənərbaxça”nın üzvü Mehmet Topala silahlı hücum olub.

“Qafqazinfo” xəbər verir ki, o bu gün məşqdən çıxıb evə gedərkən cinayətkarlar tərəfindən izlənilib.

Evinin qarşısında maşınını saxlayan futbolçuya 3 dəfə atəş açılıb. Lakin, Topalın maşınının şüşələri güllə keçirmədiyindən özünə bir şey olmayıb.

Dərhal polisə xəbər verən futbolçu hücum edənlərin başqa bir maşından atəş açdğını bildirib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.