Onların xəyalları gerçəkləşməyəcək - Ərdoğan

10-12-2017, 16:37           

Kiprli yunanlar Kipri hələ də yunan adası kimi təsəvvür edilər. Onların bu xəyalı əsla gerçək olmayacaq.

Axar.az xəbər verir ki, “To Vima” qəzetinə açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Kipr türkləri heç vaxt onların istədikləri kimi azlıqlar siyahısına düşməyəcək:

“Türkiyənin Yunanıstan və bəzi ölkələrlə əlaqələrini təyin edən Lozanna sülh müqaviləsidir. Türkiyə “Lozanna”ya hörmət edir və bütün digər müqavilələrdə olduğu kimi öhdəliklərini yerinə yetirir. Bu gün 94 il əvvəldən fərqli olaraq, yeni şərtlər və həll yolları var. Biz prossesin şərtlərini yaxşı təhlil etməli və dəyişən şərtlərə əməl etməliyik. Yaxşı niyyət və səmimiyyət varsa, həll olmayan problem yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.