Türkiyənin Şırnak əyalətini "muxtar bölgə" elan edən üç nəfər tutuldu

12-08-2015, 15:44           
Türkiyənin Şırnak əyalətini "muxtar bölgə" elan edən üç nəfər tutuldu
Türkiyənin Şırnak əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticsində 3 nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, 10 ünvanda, o cümlədən Türkiyədə yaşayan kürdlərin təmsilçisi kimi çıxış edən Demokratik Bölgələr Partiyasının əyalət sədri və yerli bələdiyyə sədrinin yaşadıqları evlərdə əməliyyat-axtarış tədbiri həyata keçirilib. Şırnak bələdiyyəsi Məclisinin üzvü Kamil Külter, DBP rəhbərlərindən Salih Ürək və Leyla İşlək həbs edilib.

Şırnak bələdiyyəsinin sədri Sərhat Kadırhan, bələdiyyə həmsədri Eylem Onuk, bələdiyyə sədrinin müavini Murat Kabul, DBP-nin yerli sədri Salih Gülənc, onun müavini Zozan Anık, DBP Şırnak əyalətinin rayon sədri Ramazan Oğur isə evlərində tapılmayıb.

Qeyd edək ki, ötən gün bu təşkilatın rəhbərləri ölkə konstitusiyasını pozub, ona qarşı çıxaraq, Şırnakı "muxtar bölgə", oradakı Türkiyə dövlət orqanlarının fəaliyyətini "qanunsuz" elan etmişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.