Koalisiya alınmadı: - Türkiyə erkən seçkiyə gedir

13-08-2015, 21:32           
Koalisiya alınmadı: - Türkiyə erkən seçkiyə gedir
12:16

Bu gün Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu arasında koalisiya danışıqlarında həlledici görüş keçiriləcək.

Axar.az xəbər verir ki, liderlərin görüşü Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Görüşün nəticəsindən asılı olaraq, AKP-CHP koalisiya hökumətinin qurulub-qurulmayacağı müəyyənləşəcək.

Qeyd edək ki, koalisiya hökumətinin qurulması üçün verilən vaxt avqustun 23-də sona çatır. Əgər bu müddət ərzində hökumət qurulmazsa, noyabrda ölkədə erkən seçki keçiriləcək.


18:06

Əhməd Davudoğlu ilə Kamal Kılıçdaroğlu arasında görüş başa çatıb. Davudoğlunun görüş barədə Bakı vaxtı ilə 18:30-da açıqlama verəcəyi bildirilib.

"Röyter" agentliyinin CHP-dəki mənbələrinə istinadən yaydığı məlumata görə, görüşdə müsbət nəticə əldə olunmayıb. AKP mənbələri isə "Habertürk"ə açıqlamalarında 3 ay ərzində erkən seçkinin keçiriləcəyini bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.